Təyyarənin sərnişini pijama geyindiyinə görə “kriminal davranışda” ittiham olundu – VİDEO

Sosial şəbəkə istifadəçiləri təyyarə sərnişinini uyğun olmayan geyiminə görə “kriminal davranış”da ittiham ediblər. Səyahət yoldaşlarından biri tanımadığı sərnişinin davranışını videoya çəkərək “Twitter”də yerləşdirib.

Bu barədə “The Daily Star” məlumat yayıb.

Görüntülərdə pijama altlığı, qısaqol köynək və corab geyinmiş qadının pəncərə kənarındakı oturacağına doğru getmək üçün digər sərnişinlərin üzərindən atladığı görünür.

“O, bütün yeddi saatlıq uçuşu digərlərinin üzərindən atladı”, – deyə videonun müəllifi şikayət edib.

Çoxları qadının özünü iyrənc aparması fikri ilə razılaşıb. Lakin bəzi istifadəçilər də sərnişinin müdafiəsinə qalxıblar.

“Əgər bu, uçuşda gördüyünüz ən kriminal davranışdırsa, o zaman siz çox az uçmusunuz”, – deyə bildiriblər.

Müxtəlif aviaşirkətlərin stüardessaları isə uçuşlar üçün qəbuledilməz geyimləri açıqlayıblar. Belə ki, onların fikrincə, cins şalvar geyinməmək, gəlinlik və kostyumlardan imtina etmək daha məqsədəuyğundur, çünki bu, narahatlığa səbəb ola bilər.

Mənbə: Lenta.ru

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.