Tacikistanda iğtişaşlar: Zirehli texnika yeridildi, internet kəsildi – VİDEO

Tacikistanın şərqindəki Xoroq şəhərində etiraz aksiyası zamanı iştirakçılar təhlükəsizlik qüvvələri ilə toqquşub.

Yayılan məlumatlara görə, şəhərə Daxili İşlər Nazirliyi bölmələrinin zirehli texnikası yeridilib, dayaq məntəqələri şəxsi heyət tərəfindən gücləndirilib.

İnsident zamanı bir neçə nəfərin yaralandığı bildirilir.

Təhlükəsizlik qüvvələri Xoroqun mərkəzi meydanına gedən bütün yolları bağlayıb. Həmçinin, şəhər körpüləri mühasirəyə alınıb. Xoroqda internet də kəsilib.

Mənbə: rosbalt.ru

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.