Terrorçularla mübarizədə Türkiyənin iki əsgəri şəhid oldu

Türkiyə Daxili İşlər Nazirliyi Diyarbəkirdə keçirilən “Eren Abluka-18” əməliyyatında iki əsgərin şəhid olduğunu açıqlayıb.

Terrorçularla silahlı qarşıdurma zamanı Oğuzhan Arduç, Turqut İçen və Mustafa Can Akdoğan yaralanıblar.

həkimlərin bütün cəhdlərə baxmayaraq Oğuzhan Arduç və Turqut İçenin həyatını xilas etmək mümkün olmayıb.

Terrorçuların aşkar edilərək zərərsizləşdirilməsi üçün bölgəyə əlavə xüsusi təyinatlı jandarma (JÖH) və komando birlikləri göndərilib.

Mənbə: TRT Haber

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.