Ukrayna “Azovstal”dan təxliyə ilə bağlı sənəd imzalamaq istəyir: Türkiyə vasitəçi kimi çıxış edəcək

Rəsmi Kiyev Mariupoldakı “Azovstal” zavodunun ərazisindən təxliyənin necə baş tutacağı ilə bağlı sənəd imzalamaq istəyir.

Bu barədə Ukrayna baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk bildirib.

“Biz xüsusi əməliyyatın yol xəritəsi (“Azovstal”dan təxliyə ilə bağlı) ətrafında danışıqların yeni mərhələsinə başlamışıq. “Qırmızı Xaç” bu gün rusiyalılarla görüşəcək. Biz onlarla (Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə), eləcə də BMT ilə danışıqlar apardıq və onlara mandat verdik. Biz “Azovstal”dan təxliyənin dəqiq necə olacağı ilə bağlı müqavilə imzalamağa hazırlaşırıq”, – deyə Vereşşuk qeyd edib.

O, həmçinin bildirib ki, Türkiyə danışıqların hazırkı mərhələsində vasitəçi kimi çıxış edəcək. Onun sözlərinə görə, təxliyə prosesi bir neçə mərhələdə aparılacaq, onlardan birincisi ağır yaralıların təxliyəsidir.

Mənbə: TASS

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.