Ukraynada Azov alayının yeni komandiri məlum oldu

Bir neçə ay mühasirədə qalan Mariupolun müdafiəni təmin edən Ukrayna Silahlı Qüvvələrinin əfsanəvi Azov alayının komandiri dəyişib.

Alayın hazırki komandiri Denis Prokopenko əsirlikdə olduğu müddətdə onun vəzifələrini əvvəllər alayın ikinci batalyonuna rəhbərlik etmiş Nikita Nadtoçi yerinə yetirəcək.

“Bir-İki” ləqəbli Nadtoçi  ümumilikdə 8 ildir ki, orduda xidmət edir və Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan sonra digər döyüşçülərlə birlikdə Mariupolun müdafiəsinə yollanıb.

Mənbə: telegraf.com.ua

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.