Vanqanın 2021 proqnozu: 3 ölkə dünyanı ələ keçirəcək

2020-ci ilin sonlarına yaxınlaşdıqca gündəmə gələn məsələlərdən biri də 2021-ci illə bağlı öngörülərdir.
Məşhur bolqar görücü Vanqa öngörülərində dünya ictimaiyyətini 2021-ci ildə də çətin günlər gözlədiyini qeyd edib.
“Yer kürəsi “orbitdən çıxacaq”, buna görə də il ərzində güclü zəlzələlər olacaq. ABŞ okean suları altında qala bilər. Avropanı islam aləmindən hücumlar gözləyir, kimyəvi silahdan istifadə oluna bilər”, – Vanqanın 2021-ci il proqnozunu analiz edənlər öngörüləri bu cür yozublar.
Proqnoza əsasən qeyd edilir ki, görücünün “güclü əjdaha” adlandırdığı Çin dövləti Rusiya və Hindistanla birləşərək, dünyanı ələ keçirə bilər.
Bununla yanaşı, Vanqanın müsbət proqnozları da var.
“Alimlər xərçəng xəstəliyinin dərmanını tapacaq. Gün gələcək, xərçəng xəstəliyi qandallanacaq”, – Vanqanın proqnozunda deyilir.
Qeyd edək ki, Vanqa 2020-ci ildə Yerin asteroidlə toqquşacağını demişdi. O, asteroidlə toqquşmanın 5 ədəd 2 rəqəmi olan tarixdə (22.02.2020 və 22.12.2020) baş verəcəyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir