Yakutiyada son 24 saat ərzində ikinci təyyarə yoxa çıxıb

Yakutiyada son 24 saat ərzində ikinci təyyarə yoxa çıxıb.

Belə ki, “An-30” eniş etməli olduğu Olenyok hava limanından təxminən 30 kilometr aralıda radarlardan itib.

Məlumata görə, kommersiya uçuşu həyata keçirən təyyarə Yakutsk – Olenyok marşrutu üzrə uçub. İlkin məlumatlara görə, təyyarədə 5 ekipaj üzvü və 6,3 ton yük (ərzaq) olub.

Axtarışlara Mi-8 helikopteri cəlb olunub.

Xatırladaq ki, iyunun 21-də Yakutiyada “An-2” təyyarəsi radardan itib.

Mənbə: Sakha Day

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.