Yaponiya Rusiyanı təhlükəli ölkə elan etdi

Yaponiya Rusiyanı 3-cü dərəcəli təhlükəli zona elan edib.

Bu barədə Yaponiya Xarici İşlər nazirliyi məlumat yayıb.

Nazirlik Rusiyanın bütün ərazisini 3-cü dərəcəli təhlükəli ərazi (4 mümkün təhlükə səviyyəsindən) təyin edib.

Bu, Rusiyaya səyahət etməmək tövsiyəsini özündə ehtiva edir. Ötən həftədən etibarən Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrinə 4-cü səviyyə təyin edilib ki, bu da həmin əraziləri tərk etmək çağırışı demək idi.

Rəsmi Tokionun məlumatına görə, hazırda Rusiyada 2 400 yaponiyalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.