“YouTube” Semyon Peqovun “Wargonzo” səhifəsini silib

“YouTube” videohostinqi Azərbaycana qarşı qərəzli mövqeyilə seçilən, İkinci Qarabağ müharibəsi dövründə, eləcə də ondan bir müddət sonra yalan xəbərlər yayan rusiyalı jurnalist Semyon Peqovun “Wargonzo” səhifəsini silib.

Bu barədə layihənin “Telegram” kanalında bildirilib.

Silinməyə səbəb səhifədə Ukraynadakı müharibə ilə bağlı həqiqətə uyğun olmayan süjetlərin yayımı olub.

Qeyd edək ki, hazırda videoservisdə “Wargonzo”nun yeni səhifəsi fəaliyyət göstərir.

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.