Terane CEBİYEVA: Basqalın bir də yazarı var…

([email protected])

Kadim zamanlardan bu günkü günümüze kadar esrarengiz İsmayıllı toprağının Baskal kasabası nadir istedada, kabiliyyete malik- en başlıcası ise insani keyfiyyetleri kendinde cemleştiren insanlar yetirmişdir. Bu keyfiyyetlerle onlar zaman-zaman halkımızın formalaşan medeniyyetinin, ahlakı deyerlerinin korunub saklanmasında misilsiz hizmetler nümayiş etdirmişler.

 Baskal kasabasnın İsmayıllı rayonunun kasabasi olduğunu belke de yazmağa ihtiyac yoktur. Çünki dünyanın en füsunkar guşesi olan Baskal ilk növbede ecazkar güzelliyi, tabieti-elelhüsus, kız-gelinlerimizin, ana-bacılarımızın namus tecessümü olan “kalağayısı ve kanovuz” yorğan üzü ile tanınıb, mehşurlaşmıştır. Baskal hem de ülkemize çoklu kiymetli insanlar bahş etmiştir. Onlardan halk yazıçısı Ebülhasan Alekperzade, Azerbaycanda aerokosmik tadkikatların ve kosmik tabietşünaslığın bünövresini yaradan, görkemli ictimai-xadim, Azerbaycan Respublikasının ilk dövlet katibi Tofik İsmayılov, Azerbaycan Milli Elmler Akademiyasının mühbir üzvleri Maksud ve Mais Cavadovlar, Bala İsgenderov, İtaliyanın Milli Kahramanı “Harribaldi ulduzu”na layik görülmüş Memmed Bağırov, şair Davud Aslan, millet vekili, bestci Novruz Aslan, ağsakkalımız, hamımızın sevimlisi Miryaver Hüseynov gibi, Daşdemir gibi istedadlı ve görkemli şahıslar bahş etmiştir. Hemçinin, çoklu alimler, doktorlar, öyretmenler, hükuk-mühafize orkanları işçileri, söz-sanat adamları Baskalın şöhretini bütün dünyaya beyan etmişler. 


       Bu yazımda men sizinle jurnalistika gibi ağır ve şerefli bir peşede misilsiz hizmetleri ile iz koyan, deyerli ve düşündürücü yazıları ile okucularının daim marak dairesinde olan, sanatının mesuliyyetini derinden derk eden, yorulmadan çalışan aynı zamanda İsmayıllı ve ismayıllıların hörmetini ucalara kaldıran neheng bir kalem ehlinden, hamımızın sevimlisi, dostumuz Daşdemir Ajder oğlu Tağıyev hakkında düşüncelerimi sizlerle bölüşmek istiyorum. Daşdemir Tağıyev Baskal kasabasında dünyaya gelib.  Orta okulu ela kiymetlerle bitirmiş, Daşdemir bu kasabadan pervazlanarak Bakıya gelmiş. 1992-ci yılında Azerbaycan Devlet Universitetinin jurnalistika fakultesini bitirmiştir. Halen orta okul yıllarından başlayarak yerli rayon gazetesinde ara sıra yazıları görünmeye başladı. Universiteti bitirdikden sonra “Adalet” gazetesinden mesul katib, “Elin sözü” gazetesinin baş redaktoru vezifelerinde çalışdı. Azerbaycan metbuatında fealiyyet gösteren 150-den çok gazet ve dergilere kendi hayır-duasını vererek onların işık üzü görmesinde yakından yardım gösterdi. Onlarla kitabın redaktorluğunu etdi. Aynı zamanda hemin kitablarda oçerkləri de derc olundu. 

Daşdemir Ajderoğlu imzasıyla o, artık 35 ile yakındır ki, tanınıyor ve imzasına hörmət besleniyor. Daşdemir Ajderoğlu jurnalistikaya gelişini böyle hatırlıyor: “1977-ci yılın evvelleriydi. İsmayıllı rayonundakı ” Zahmetkeş” gazetiyle ara-sıra elakeler saklıyor, okulumuzda geçirilen tedbirlerden, doğulduğum Baskal kasabasında baş veren yeniliklerden cızma-karalarımı çap etdirirdim.  Okuldakı arkadaşlarım mene hasedle bakıyor, bazıları da gözü götürmemezlikten bu yazıları babamın yazdığını söylüyordular. Maksatları bu idi ki, hövseleden çıkarak onlarla yersiz mübahise edim, men ise tabii ki, bunu heç bir zaman etmezdim. Öyretmenlerim de öyrencilerinin uğurlarına sevinir, menim kalem sevinclerime şerik oluyordular”.


    Nezeri dikkatinize çatdırmak istiyorum ki, o dövrün metbuatında çap olunmak her eline kalem alıb makale yazana kismet olmuyordu. İhtisaslı jurnalistler vardı ki, metbuat sayfalarına yakın düşe bilmiyordu. Daşdemir Ajderoğlu da böylece, bu çetin ve şerefli peşeni seçerek yüreginde cocukluk yıllarından kök salan arzusunu reallaştırdı. O, jurnalistikaya ilk addımlarını attığı günden yazılarında taleyüklü meselelerin, problemlerin halli, mövcut çetinliklerin aradan kaldırılması işini gündeme getirdi. Sanetine sonsuz mahebbetle vurğun olan Daşdemir Ajderoğlu kutsal peşe gibi sayılan jurnalistikanın son devrlerde nüfusdan salanlara, tesadüfi bu sanete gelenlere karşı barışmaz mevkide dayanmış, mühtelif sepkide sert yazılarla metbuatda onları ifşa etmişdir. O, prinsipial jurnalist mevkeyile bu devre gibi dokunduğu mevzularda cemiyyetimizde tezahür eden mühtelif anormal halların aradan kaldırılmasına nail olmuştur. Daşdemir her birimizin kayğısını çekir, kimin bir uğuru olsa, ona derhal seviniyor ve onun hakkında geniş makala hazırlıyor, onu her yerde tanıtdırıyor. El arasında böyle bir ifade var: filankesin yüzünde Allah nuru var, deyerler. Bu ifadeni o kesler hakkında söylerler ki, hemin insanlar ömür boyu hayırlı işler görsün. Çöhresinde hayırlı amelleri tecessüm etmiş Daşdemir de böyle insanlardandır. 

 Daşdemir en sevdiyi peşesi hakkında böyle fikirdedir: “Jurnalist emeyi göze görünen ve aynı zamanda görünmeyen emektir. Onun görünüşü gibi, sevinci de anidir. Bu anilikten hilas olmak için gazete sayfalarında ardıcıl imzan olmalıdır. Kendini de, başkalarını da rahatsız eden ictimai-siyasi problemlere dokunmalısın. Okucu masal, bedii eser okumaktan yorulub, usanıb artık. Onlar hiss ediyor ki, onların hiç birisi bu ve başka problemleri hell etmek iktidarında deyildir. Hayatta mevcut problemleri yalnız jurnalistika hell ede biler. Jurnalist olmak şereftir, şereflidir. Başka-başka obyektlerde oluyorsan, büyük şahsiyyetlerle görüşüyorsun, onların yüreginin sesini, düşünen beyninin çizgilerini beyaz varaga göçürürsün, ya da kameranın yaddaş”ına alırsın. Hazırladığın materiallar geniş okucu kütlesi terefinden sevilende farehlenirsin, uçmağa kanat arıyorsun”. 

Doğrudan da, Daşdemir Ajderoğlu düşündürmek vasitesi olan kaserli silahı – yani kalemi ile geniş okucu kütlesini rahatsız eden maseleleri kabarık ve genel olarak tesir ede bilecek seviyyeye kaldırıyor. Bununla da esas dikkati zeruri olan meselelerin halline yönelte biliyor. O aynı zamanda iki kitab müellifidir. Bu çetin ve çerefli yolda kalem dostuma, hemkarıma uğurlar, her daim başarılar, geniş okucu kütlesi ve kaleminin daim keserli olmasını diliyorum. Kelemin daim yazar olsun, deyerli dostum, kardaşım Daşdemir!     

TERANE CEBİYEVA
Yazar-publisist
Bakı-AZERBAYCAN 

Basqalın bir də yazarı var…

Qədim zamanlardan bugünkü günümüzə qədər əsrarəngiz İsmayıllı torpağının Basqal qəsəbəsi nadir istedada, qabiliyyətə malik – ən başlıcası isə insani keyfiyyətləri özündə cəmləşdirən insanlar yetişdirmişdir. Bu keyfiyyətlərlə onlar zaman-zaman xalqımızın formalaşan mədəniyyətinin, əxlaqi dəyərlərinin qorunub-saxlanılmasında misilsiz xidmətlər nümayiş etdirmişlər.
Basqal qəsəbəsinin İsmayıllı rayonunun qəsəbəsi olduğunu bəlkə də yazmağa ehtiyac yoxdur. Çünki dünyanın ən füsunkar guşəsi olan Basqal ilk növbədə ecazkar gözəlliyi, təbiəti, ələlxüsus qız-gəlinlərimizin, ana-bacılarımızın namus təcəssümü olan “kəlağayı”sı və kanovuz” yorğan üzü ilə tanınıb məşhurlaşmışdır. Basqal həm də ölkəmizə çoxlu qiymətli insan bəxş etmişdir. Onlardan Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə, Azərbaycanda aerokosmik tədqiqatların və kosmik təbiətşünaslığın bünövrəsini yaradan, görkəmli ictimai-siyasi xadim, Azərbaycan Respublikasının ilk Dövlət katibi Tofiq İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Maqsud və Mais Cavadovlar, Bala İsgəndərov, İtaliyanın Milli Qəhrəmanı, “Harribaldi ulduzu”na layiq görülmüş Məmməd Bağırov, şair Davud Aslan, millət vəkili, bəstəkar Novruzəli Aslanov, ağsaqqalımız, hamımızın sevimlisi Miryavər Hüseynov, jurnalist Daşdəmir Əjdəroğlu kimi istedadlı və görkəmli şəxsləri göstərmək olar. Həmçinin çoxlu alim, söz-sənət adamı Basqalın şöhrətini bütün dünyaya bəyan etmişdir.
Bu yazımda mən sizinlə jurnalistika kimi ağır və şərəfli bir peşədə misilsiz xidmətləri ilə iz qoyan, dəyərli və düşündürücü yazıları ilə oxucularının daim maraq dairəsində olan, sənətinin məsuliyyətini dərindən dərk edən, yorulmadan çalışan, eyni zamanda İsmayıllı və ismayıllılıların hörmətini ucalara qaldıran nəhəng bir qələm əhli, hamımızın sevimlisi, dostumuz Daşdəmir Əjdər oğlu Tağıyev haqqında düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Daşdəmir Tağıyev Basqal qəsəbəsində dünyaya gəlib. Orta məktəbi əla qiymətlərlə bitirmiş Daşdəmir bu qəsəbədən pərvazlanaraq Bakıya gəlmiş, 1992-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistuka fakultəsini bitirmişdir. Hələ orta məktəb illərindən başlayaraq yerli rayon qəzetində ara-sıra yazıları görünməyə başladı. Universiteti bitirdikdən sonra “Ədalət” qəzetində məsul katib, “Elin sözü” qəzetinin baş redaktoru vəzifələrində çalışdı. Azərbaycan mətbuatında fəaliyyət göstərən 150-dən çox qəzet və jurnala özü xeyir-dua verərək onların işıq üzü görməsində yaxından yardım göstərdi. Onlarla kitabın redaktorluğunu etdi. Eyni zamanda həmin kitablarda oçerkləri də dərc olundu.
Daşdəmir Əjdəroğlu imzasıyla o, artıq 35 ilə yaxındır ki, tanınır və imzasına hörmət bəslənilir. Daşdəmir Əjdəroğlu jurnalistikaya gəlişini belə xatırlayır: “1977-ci ilin əvvəlləriydi. İsmayıllı rayonundakı “Zəhmətkeş” qəzeti ilə ara-sıra əlaqələr saxlayır, məktəbimizdə keçirilən tədbirlərdən, doğulduğum Basqal qəsəbəsində baş veən yeniliklərdən cızma-qaralarımı çap etdirirdim. Məktəbdəki sinif yoldaşlarım mənə həsədlə baxır, bəziləri də gözü götürməməzlikdən bu yazıları atamın yazdığını söyləyirdilər. Məqsədləri bu idi ki, hövsələdən çıxararaq onlarla yersiz mübahisə edim, mən isə təbii ki, bunu heç zaman etməzdim. Müəllimlərim də şagirdlərinin uğurlarına sevinir, mənim qələm sevincimə şərik olurdular”.
Diqqətinizə çatdırmaq istəyirəm ki, o dövrün mətbuatında çap olunmaq hər əlinə qələm alıb məqalə yazana qismət olmurdu. İxtisaslı jurnalistlər var idi ki, mətbuat səhifələrinə yaxın düşə bilmirdilər. Daşdəmir Əjdəroğlu da beləcə, bu çətin və şərəfli peşəni seçərək ürəyində uşaqlıq illərindən kök salan arzusunu reallaşdırdı. O, jurnalistikada ilk addımlarını atdığı gündən yazılarında taleyüklü məsələlərin, problemlərin həlli, mövcud çətinliklərin aradan qaldırılması işini gündəmə gətirdi. Sənətinə sonsuz məhəbbətlə vurğun olan Daşdəmir Əjdəroğlu aparıcı peşə kimi sayılan jurnalistikanı son dövrlərdə nüfuzdan salanlara, bu sənətə təsadüfi gələnlərə qarşı barışmaz mövqedə dayanmış, müxtəlif səpkidə sərt yazılarla onları ifşa tmişdir. O, prinsipial jurnalist mövqeyi ilə bu dövrə kimi toxunduğu mövzularda cəmiyyətimizdə təzahür edən müxtəlif anormal halların aradan qaldırılmasına nail olmuşdur. Daşdəmir hər birimizin qayğısını çəkir, kimin bir uğuru olsa, ona dərhal sevinir və onun haqında geniş məqalə hazırlayır, onu hər yerdə tanıtdırır. El arasında belə bir ifadə var: filankəsin üzündə Allah nuru var. Bu ifadəni o kəslər haqqında söyləyirlər ki, həmin insanlar ömür boyu xeyirli işlər görsünlər. Çöhrəsində xeyirli əməlləri təcəssüm edən Daşdəmir də belə insanlardandır.
Daşdəmir ən çox sevdiyi peşəsi haqqında belə fikirdədir: “Jurnalist əməyi gözə görünən və eyni zamanda görünməyən əməkdir”. Onun görünüşü kimi, sevinci də anidir. Bu anilikdən xilas olmaq üçün qəzet səhifələrində ardıcıl imzan olmalıdır. Özünü də, başqalarını da narahat edən ictimai-siyasi problemlərə toxunmalısan. Artıq oxucu şeir, bədii əsər oxumaqdan yorulub, usanıb. Onlar hiss edirlər ki, heç birisi bu və başqa problemi həll etmək iqtidarında deyillər. Həyatda mövcud problemləri yalnız jurnalistika həll edə bilər. Jurnalist olmaq şərəfdir, şərəflidir. Başqa-başa obyektlərdə olursan, böyük şəxsiyyətlərlə görüşürsən, onların ürəklərinin səsini, düşünən beyninin cizgilərini vərəqə köçürürsən, ya da kameranın “yaddaşı”na alırsan. Hazırladığın materiallar geniş oxucu kütləsi tərəfindən seviləndə fərəhlənirsən, uçmağa qanad axtarırsan”.
Doğrudan da Daşdəmir Əjdəroğlu düşündürmək vasitəsi olan kəsərli silahı – yəni qələmi ilə geniş oxucu kütləsini narahat edən məsələləri qabarıq və geniş olaraq təsir edə biləcək səviyyəyə qaldırır. Bununla da əsas diqqəti zəruri məsələlərin həllinə yönəldə bilir.
O, eyni zamanda iki kitab müəllifidir. Bu çətin və şərəfli yolda dostuma, həmkarıma uğurlar, hər zaman sevinc, geniş oxucu kütləsi və qələminin daim kəsərli olmasını diləyirəm.
Qələmin daim yazar olsun, dəyərli dostum, qardaşım Daşdəmir!
Təranə CƏBİYEVA,
yazar-publisist
Bakı-Azərbaycan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir