Sabah Bəhram Bağırzadə metroda olacaq

Sabah metoronun “İçərişəhər” stansiyasında zəngin proqramlı şou tədbirlər keçiriləcək.

Bu barədə “Bakı Metropoliteni”ndən verilən məlumatda bildirilib.

 

Ümumi proqrama əsasən, “İçərişəhər” stansiyasında retro vaqonlar olacaq, həmçinin konsert proqramı keçiriləcək.

Bununla yanaşı saat 11:30 – Bəhram Bağırzadə retro vaqonda uşaqlar üçün yazdığı “Novruz” və Hacı Zeynalabdin Tağıyev haqda kitablarını imzası ilə təqdim edəcək.


Saat12:00-da Novruz şənliyi – Keçəl, Kosa, Bahar qızı, sirk ustaları, sehrbaz, nəhəng oyuncaq, hədiyyələr və s. sərnişinlərin görüşünə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.