Ucar rayonu Şahlıq kənd sakinlərinin ölkə başçısına MÜRACİƏT

Azərbaycan  Respublikasının Prezidenti

Möhtərəm İlham Əliyev Cənabına

Surəti:        Azərbaycan Respublikasının Vitse

Prezidenti, Azərbaycanın  birinci xanımı

Mehriban  Əliyevaya

Surəti:  SOKARın Prezidentinə

Surəti:     Azərsu ASC-nin Rəhbərinə

Surəti:   Azəryolservisin Rəhbərinə

Surəti: Azəryol Dövlət Agentliyinin Rəhbərinə

Surəti:  Neft Kəmərləri İdarəsinin rəisinə

Surəti:    Ucar rayon İcra Hakimiyyətinin başçısı

Cənab Mənsur Məmmədova

Ucar rayonu Şahlıq kənd sakinlərinin

M Ü R A C İ Ə T İ

Möhtərəm Prezident!  Hörmətli Mehriban xanım !

Hörmətli aidiyyatlı orqanların rəhbərləri !

Sizi 3000-dən cox əhali və strateji obyektin yerləşdiyi  Ucar rayonunun Şahlıq kənd sakinlərinin adından  salamlayırıq!

 Bildiririk ki, kəndimiz Ucar rayonunun ucqar kəndlərindəndir. Kənd sakinləri zəhmətkeş xalqdır. Hər zaman əkinçilik, baramaçılıq, pambıqçılıq, bağçılıqla öz dolanışığını təmin etmişdir. Lakin  1990-cı ildən sanki unudulmuş bir kəndə çevrilibdir. Kənd sakinlərinin yaşayışı günü-gündən pisləşir. Mövcud problemlərdən gənclərimiz iş tapmaq üçün RSFSR-yə, paytaxta və digər bölgələrə üz tuturlar. 1980-ci illərdə kəndimizin yolu, qazı, suyu var idi. Ağır trinajlı  yük maşınlarının yük daşımaları nəticəsində yollarımız bərbad vəziyyətdədir və dağıdılmış yolun bərpası üçün heç bir təşkilat öz üzərinə məsuliyyət götürərək yolları təmir etmir.Kəndimizdən Bakı-Qazax magistralına çıxışa qədər 3 km-dir. Lakin biz Bakı istiqamətindən kəndimizə 3 km məsafəni gəlmək üçün Ağdaşın Aşağı Ləki qəsəbəsindən dönməklə əlavə 12-13 km yol qət etməli oluruq ki, bu da həm maddi cəhətdən, həm vaxt baxımından böyük itgidir. Bu səbəbdən də təcili yardım və digər qəza xidməti maşınları vaxtında kəndə gələ bilmirlər. Azərbaycanın ən ucqar kəndlərində və  qonşu kəndlərimiz olan Əlikənd və Ramalda 2018-ci ildəqazlaşdırılma başa çatdığı halda Bakıdan 260-270 km məsafədə  yerləşən kəndimizin  qazı da yoxdur. Kəntdə su qıtlığıdır. Əkib becərmək çətinləşib.Torpaqlarımızı şoran və şirə kəsir. Kəndimiz şoran torpaqlarda yerləşdiyindən şoranın təmizlənməsi üçün 70-ci illərdə kanallar tikilmişdir. Bu kanallar ildə bir dəfə təmizlənməli olduğu halda illərdir təmizlənmir və bu da bizim torpaqların keyfiyyətini daha da aşağı salır.  Kənd əhalisinə paylanan pay torpaqlar Türyançayın digər tərəfində Ağdaş rayonunun Ovculu kəndi istiqamətində yerləşir. Türyançayın üzərindəki piyada körpüsünü sel dağıtmış, maşın körpüsü də uçub dağılmaq təhlükəsində olduğundan həmin torpaqlardan istifadə edə bilmirik.

Möhtərəm Prezident, Hörmətli Mehriban xanım və aidiyyatlı qrumların rəhbərləri !Belə bir drumda kəndlinin ayaqda duraraq ailəsini təmin etməsi çox çətindir. Qaz olmadığından evlərimizi isidə bilmirik, məcburən həyətlərdəki ağacları kəsərək odun yandırırıq. Su olmadığından əkinçiliklə məşğul ola bilmirik. Bağ-baxçamız quruyur.Yollarımız bərbad olduğundan uşaqlarımızı məktəbə aparıb – gətirməkdə, rayona, şəhərə getməkdə çox çətinlik çəkirik. Bu səbəbdən də dərd və problemlərimizi Sizlərə yazmaqla kəndimizə diqqət ayırmağınızı xahiş  edirik.

Möhtərəm Prezidentimiz! Sizin xalqa səslənərək mövcud problemləri Sizə bildirmək haqqında müraciətiniz bizi ruhlandırdığından Sizə müraciət etməyi qərarlaşdırdıq və ümid edirik kəndimizin və əhalisinin problemlərinin həll edilməsinidiqqətdə saxlayaraq bizə kömək edəcəksiniz.

Allah Sizdən razı olsun!

Hörmətlə;

Ucar rayonun Şahlıq kənd sakinləri:

Tarix “____”_____________2020-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir