Pandemiya keçmiş müdafiə nazirini canından artıq sevdiyi Azərbaycana həsrət qoyubmuş…

Gündəm

Moderator.az-ın əməkdaşı son zamanlar səs-sorağı gəlməyən keçmiş müdafiə naziri Səfər Əbiyevlə əlaqə saxlamaq istəyib. Adətən başqa vaxtlar səssizliyiə çəkilməyə üstünlük versə də 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində hansısa formada zühur edər, yaxud onun adından yaxın ətrafı və ya dostları Səfər Əbiyev haqqında sükuta bu yolla son qoyardı. 
Amma bu dəfəki ildönümdə ölü səssizliyin hökm sürməsi diqqəti cəlb etdi. Bu üzdən onunla hansısa formada əlaqə saxlamaq və ya ümumiyyətlə harada olması haqqında informasiya əldə etməyə çalşdıq. 
Və..
Bəlli oldu ki, keçmiş müdafiə nazirimiz xeyli müddətdir ki, Vətəndən iraq düşüb. Yox, elə zənn edilməsin ki, o da mühacirətə üz tutub. Əsla. Məsələ burasındadır ki, pandemiyadan əvvəl şəxsi işi ilə bağlı Moskvaya gedən Səfər Əbiyev bu günədək ölkəyə dönə bilmir, yaxud ümumiyyətlə təhlükəsizlik məqsədilə özü dönməyə tələsmir. 
Nə deyirik ki. Əsas odur ki, keçmiş nazirimiz sağ və salamatdır, işləri qaydasındadır. İnşallah tezliklə bu bəla bitər və o canından artıq sevdiyi və nazir olduğu 20 il ərzində ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni əsirgəməyən Səfər Əbiyev Azərbaycanımıza qovuşar. Bizlərə İnşallah demək qalır…

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir