Əflatun Amaşovdan Baş Prokurorluğa çağırılması ilə bağlı yayılan xəbərə REAKSİYA

“Məsələdən xəbərdar idim. İstədim fikir verməyim. Həm də gözlədim ki, axşam olsun, reaksiyalara baxım,  özüm üçün müəyyən nəticə çıxarım. Görünür, kimlərsə xəbərə baxıb şübhədə qalıblar. Ona görə münasibət bildirirəm”.

Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluğa çağırılıb jurnalistlərə mənzil bölgüsü ilə bağlı dindirilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

“Nə üçün ortaya atılıb, kimlərin marağına uyğundur? Guya mən Baş Prokurorluğa çağırılıb jurnalistlərə mənzil bölgüsü ilə bağlı dindirilmişəm. Bəyan edirəm ki, belə bir hadisə baş verməyib. Bu, uydurmadır, ağ yalandır. Başqa nə deyə bilərəm ki…”, – deyə Mətbuat Şurasının sədri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir