16 sentyabra olan dərs cədvəli açıqlanıb

“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, “Mədəniyyət” və “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının 16 sentyabr cədvəlinə əsasən, saat 10:00-da XI sinif üçün Fiziki tərbiyə, Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 11:10-da X sinif üçün Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 12:15-də IX sinif üçün Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 13:20-də V sinif üçün Azərbaycan dili, İngilis dili, Təsviri incəsənət, saat 13:55-də II sinif üçün Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, Musiqi, saat 14:25-də I sinif üçün Azərbaycan dili, Riyaziyyat, Musiqi olacaq. 
Rus bölməsi üçün saat 15: 00-da I sinif üçün Rus dili, Riyaziyyat, saat 15:25-də II sinif üçün Rus dili, Riyaziyyat, Həyat bilgisi, saat 15:55-də IV sinif üçün Rus dili, Riyaziyyat, İnformatika – Rəqəmsal bacarıqlar, saat 16: 35-də V-VI siniflər üçün Biologiya, Coğrafiya, İnformatika – Rəqəmsal bacarıqlar fənləri tədris olunacaq. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir