20 Yanvar hadisəsi ilə bağlı dəyirmi masa

18 yanvar 2021-ci ildə Qafqazşünaslıq İnstitutunda 20 Yanvar hadisəsi ilə bağlı onlayn dəyirmi masa keçirildi.
İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və giriş sözü ilə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı çıxış etdi.O, 20 Yanvar faciəsinin tarixindən danışdı və Ümümmilli lider Heydər Əliyevin bu hadisənin qiymətləndirilməsi yolunda atdığı addımlardan bəhs etdi. Elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru Ramilə Dadaşova 20 Yanvar hadisəsi ilə bağlı bəyanatları diqqətə çatdırdı.Institutun şöbə müdirləri məruzə edərək, 20 Yanvar hadisəsinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu, həmçinin Azərbaycanın şanlı tarixinin, istiqlal yolunun zirvəsi olduğunu qeyd etdilər. 
Şəhidlərimiz azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacağını vurğuladılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir