
Bakı. Trend:
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər
saxlanılıblar.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən
məlumat verilib.
Belə ki, iyulun 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində
İrandan Azərbaycan istiqamətində 2 nəfər Əfqanıstan vətəndaşı –
1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il
təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa
cəhd göstərərkən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.