AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

Hərbi helikopterin qəzaya uğraması nəticəsində xeyli sayda türk hərbçilərinin şəhid olması bizi xeyli kədərləndirdi.
Baş vermiş bu hadisə ilə bağlı Sizə, eləcə də şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bütün üzvləri adından dərin hüznlə başsağlığı verir, yaralananlara allahdan şəfa diləyirəm.

Allah rəhmət eləsin!

aia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir