Allahşükür Paşazadə Qurban bayramı ilə bağlı fətva verilməməsinə aydınlıq gətirdi

İyulun 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib.

Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qatıldığı videogörüşdə QMİ-nin paytaxt, bölgələrdəki qazı və səlahiyyətli nümayəndələri, habelə xaricdəki nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

İdarədən verilən məlumata görə, bütün iclas iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edən QMİ sədri İdarənin xalqına təbrik məktubu ünvanladıqlarına, lakin bu il fətva verilməməsinə aydınlıq gətirib.

O bildirib ki, Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədilə ibadət məkanları müvəqqəti bağlıdır və pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarəti belə təxirə salınıb.

Bu səbəbdən bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir