Anar Ələkbərov Şeyx Əbdülə zəng vurub səhhətiylə maraqlandı…

Xəbər verdiyimiz kimi bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən  Xalq artisti Şeyx Əbdül Mahmudbəyovdan xəbər var. 
Xalq artisti Moderator.az-a açıqlamasında ölkə başçısının köməkçisi Anar Ələkbərovun ona zəng vuraraq onunla maraqlandığını və səhhətində irəliləyişlər olduğunu bildirib:
““Atlas” klinikasında müalicə olunuram. Məni bu vəziyyətə uzman dediyimiz 5-6 adam qoydu. İndi normal həkimlər tapmışıq və irəliləyişlər var. Çox zəiflədim və vaxtında müalicəyə belə başlasaydım, indi daha yaxşı olardım. Həkimlərimdən biri Tibb Universitetinin dosenti Sveta xanımdır və digəri isə terapevt-nervpatoloq Kamran müəllimdir. Hər ikisi peşəkar, bizim tibb təhsili görmüş həkimlərimizdirlər. Mənə görə çox əziyyət çəkirlər və böyük diqqət və qayğı göstərirlər. Həmin o qayğı həmçinin Heydər Əliyev Fondudan da gəlir. Daim məni diqqətdə saxlayırlar. İndi qalanı birinci Allaha, həkimlərə və mənim səbrimə bağlıdır. Sözsüz ki, bunların hamısının arxasında dayanan, problemimi öz üzərinə götürən Heydər Əliyev Fondudur. Onlara təşəkkür edirəm. İndi məni görsəniz, heç tanımazsınız. Səhhətim mərhələ-mərhələ yaxşılığa doğru gedir. Hamınıza təşəkkür edirəm, ona görə ki, vaxtında müraciətimi işıqlandırdınız, yoxsa mən tək bunun öhdəsindən gələ bilməzdim. Anar müəllim o gün vaxt tapıb mənə zəng vurdu, çox sağ olsun. Bir nəfər də ayırıblar ancaq mənim işimlə maraqlanır. Dostum Məhəbbət müəllim də bu işərlə məşğul olur. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir