ANS-in məşhur aparıcısı yardım istədi: “Yol göstərin”

ANS telekanalının məşhur aparıcılarından olan Gülnarə Məmmədova koronavirusla bağlı yardım istəyib.
Aparıcı bu barədə sosial şəbəkədə yazıb. Gülnarə Məmmədova koronavirusa yoluxan gəlinlərinin vəziyyətinin ağır olduğunu deyib:
“Xahiş edirəm, yol göstərin. COVİD-19 virusuna yoluxan gəlinimiz və qardaşımın qızı neçə gündür evdə müalicə alırlar. Gəlinimizin vəziyyəti çox pisləşdi, xəstəxanalarda yer olmadığı deyilir. Təcili yardım cavab vermir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir