Azərbaycanda xeyirxah təşəbbüs: Neftçala sakinlərinə pulsuz “Şirin Su” paylanacaq

“Şirin Su” şirkəti Neftçala sakinlərinə ödənişsiz su paylayacaq.

Bu barədə  “Şirin Su” şirkətinin müdiri Tural Əliyev məlumat verib.

O bildirib ki, təmsil etdiyi şirkət tərəfindən mövcud vəziyyətlə əlaqədar Neftçala şəhərinin bir neçə məntəqəsinə içməli su yardımı göndəriləcək:

“Bu addım bizim şirkətin təşəbbüsü olsa da, bir sıra qurumlar, eləcə də, vətəndaşlar da bu kampaniyaya qoşulub. İlkin mərhələdə Neftçala şəhərinin üç məntəqəsinə içməli suların paylanması nəzərdə tutulub.

Bu məntəqələrin seçilməsində şəhərin İcra Hakimiyyətinin nümayəndələri bizə kömək göstərəcək. Məqsəd, az da olsa, vətəndaşların içməli suya olan tələbatını tam təmənnasız qarşılamaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir