Azərbaycanda zəlzələ oldu

Gədəbəy rayonu ərazisində zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:08-da Gədəbəy stansiyasından 42 km cənubda – Gədəbəy ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.3, dərinliyi 9 km olan yeraltı təkan hiss olunmayıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir