Bakıda “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçirilir

Bu gün, noyabr ayının 9-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Bakıda “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirilir. “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış ötən il müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ildönümünə həsr olunub.

Xeyriyyə aksiyasında əsas məqsəd xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirməklə, Vətən uğrunda canını fəda etmiş, yaralanmış qazilərə dəstək olmaq, müharibə dövründəki qalib xalq ruhunu daim yaşatmaqdır.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda Elektra Hall-ın qarşısından start götürəcək və 5000 metrlik məsafəni əhatə edərək Bakı Dəniz Vağzalının qarşısında finişə çatacaqlar. Qəbul olunmuş şərtlərə görə 18 yaşına çatmış hər kəs YAŞAT Fonduna minimum 20 AZN iştirak haqqı ödəməklə bu tədbirə qatıla bilər. Lakin gözlənildiyi kimi, ölkımizdə fəaliyyət göstərən idman federasiyaları “Qələbə qaçışı”nda daha fəal iştirakları ilə seçilirlər.

O cümlədən Azərbaycan Universal Döyüş Federasiyasının idmançıları da bu xeyriyyə tədbirinə 5 idmançı ilə qatılıblar. Azərbaycan və Beynəlxalq Universal Döyüş Federasiyalarının prezidenti Azər Həsənov Gənclər və İdman Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirərək bildirib ki, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə, yaralanmış qazilərə dəstək olmaq hər birimizin müqəddəs borcudur.

aia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir