BDU-da Silahlı Qüvvələri Gününə həsr olunan onlayn tədbir təşkil ediləcək

İyunun 25-də Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunan onlayn tədbir keçiriləcək.
BDU-dan verilən məlumata görə,  tədbir “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. Tədbirdə iştirak etmək istəyənlər iyunun 24-ü saat 17:00-dək bextiyar030@hotmail.com ünvanına müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir