Bu gün Vüqar Həşimovun anım günüdür

Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun anım günüdür.
Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 
O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib. 
Vüqar Həşimov 2011-ci ildə Rusiyanın Xanti-Maysiysk şəhərində təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsində mübarizəni dayandırıb.
Vüqar həmin ilin noyabrında Yunanıstanın Porto Karras şəhərində keçirilmiş komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer alıb və 2009-cu ildə qazandıqları çempionluq titulunu qoruya bilməyərək, yarışı gümüş medalla başa vurublar. 
Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyində bədxassəli şişə (xərçəng) görə müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. O, həmin il yanvarın 14-də III Fəxri Xiyabanda dəfn edilib.
2014-cü ilin aprel ayında Şəmkirdə mərhum qrossmeysterin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilib. 
Növbəti illərdə də bu turnir keçirilməyə davam edib.
2016-cı ildə Bakıda Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir