Bu xəstəxanalarda müayinə tam pulsuzdur – SİYAHI

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı 43-ə qədər yüksəlib.

Bu barədə Agentlikdən verilən məlumatda bildirilib.


Qeyd edilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.


Müqaviləli tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri Agentliyin rəsmi internet səhifəsində (//its.gov.az) yerləşdirilib:

1. Bakı Sağlamlıq Mərkəzi


2. Mərkəzi Klinik Xəstəxana


3. Caspian International Hospital


4. Respublika Diaqnostika Mərkəzi


5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi


6. Gəncə Beynəlxalq Xəstəxanası


7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası


8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi


9. Mərkəzi Neftçilər Xəstəxanası


10. Zəfəran hospital


11. EGE Hospital


12. Sumqayıt Hospital


13. Avrasiya Hospital


14. Xüsusi Müalicə Sağlamlıq Kompleksi


15. Leyla Medical Center


16. Badam Medical Center


17. Lor Hospital


18. Məlhəm Beynəlxalq Hospital


19. “OKİ” Özəl Tibbi Müalicəxanası


20. Oksigen Klinik Xəstəxanası 


21. Diaqnoz Tibb Mərkəzi


22. Baku City Hospital


23. Mediland Hospital


24. Medera Hospital


25. Stimul Hospital


26. Medistyle Hospital


27. Batıgöz Medical Plaza 


28. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası 


29. İstanbul NS klinikası


30. Olimp Hospital


31. Kəpəz Hospital


32.Salam Doktor


33. Bioloji Təbabət Klinikası


34. Real Hospital 


35. Turan Hospital


36. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik


37. Dünyagöz 


38. National Prime Hospital  


39. Regional Hospital


40. Səhhət Azərbaycan-Almaniya Klinikası


41. Spero Hospital (Dobromed)


42. Milan Hospital 


43. Referans Qəbələ Tibb Mərkəzi 

Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.