Cəsarət Əhmədov: “Qələminiz iti, sözünüz kəsərli və ən əsası da tutduğunuz mövqe hər zaman haqq və ədalətli olsun”

Bu gün, iyul ayının 22-də Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü qeyd olunur. Bu münasibətlə rəhbərlik etdiyim Azərbaycan Qol Güləşi Federasiyasının bütün əməkdaşları, üzvləri və bütün idmançılarımız adından və əlbəttə ki, şəxsən öz adımdan bütün jurnalist dostlarımızı, bu sahədə şərəf və ləyaqətilə çalışan bütün insanları səmimi qəlbdən təbrik edirəm, hər kəsə öz işində yeni-yeni uğurlar arzulayıram. Qələminiz iti, sözünüz kəsərli və ən əsası da tutduğunuz mövqe hər zaman haqq və ədalətli olsun, yazılarınız isə yalnız əsil həqiqətləri əks etdirsin!

Hörmətlə,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti,
Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir