HHQ-nin yeni inşa olunmuş hərbi hissəsinin açılış mərasimi keçirilib – FOTOLAR

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov HHQ-nin yeni inşa edilən hərbi hissəsinin açılış mərasimində iştirak edib və şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, general-leytenant R.Tahirov ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarı, qazanxana, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
Bildirilib ki, yaradılan şərait şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək, hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir