Kənan Hacıəkbəroğluna qarşı təzyiqlə bağlı xəbər həqiqətə uyğun deyil

Qarabağ Azadlıq Təşkilatı (QAT) Mətbuat Xidməti bildirir ki, QAT-ın və Beynəlxalq Qarabağ Forumunun üzvü, İsveçdə yaşayan azərbaycanlı iş adamı Kənan Hacıəkbəroğlunun İsveçdə ermənilər tərəfindən döyülməsi ilə bağlı xəbər həqiqəyə uyğun deyil, kimlər tərəfindənsə mətbuata ötürülmüş dezinformasiyadır. 
Bu barədə QAT-a K.Hacıəkbəroğlu özü və İsveçin Yönköpinq Regional parlamentinin  deputatı, diaspor təşkilatının rəhbəri İradə Əiyeva -Söderberg məlumat verib. İ.Əliyeva -Söderberq xüsusi olaraq qeyd edib: 
“ İsveç hüquq mühafizə orqanları prosesləri nəzarətdə saxlayır, belə bir halın baş verməsi mümkün deyil. Biz də diaspor təşkilatı olaraq hər hansı zorakarlığın baş verməmsi üçün tədbirlərimizi görürük”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir