Koronavirusla bağlı son STATİSTİKA

Dünyada 18 978 366 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.
Virusdan 711 241 nəfər ölüb, 12 168 522 nəfər sağalıb.
Koronavirusun ən çox qeydə alındığı qitə Şimali Amerika (5 849 483 nəfər), ölkə isə ABŞ-dır (4 973 568 nəfər).
Sonrakı iki yeri 2 862 761 yoluxma ilə Braziliya, 1 964 536 yoluxma ilə Hindistan tutur.
Azərbaycanın sərhəd qonşusu Rusiya 866 627 yoluxma faktı ilə dördüncü yerdədir.
Digər qonşularımızdan İranda 317 483, Türkiyədə 236 112, Ermənistanda 39 075, Gürcüstanda 1 197 yoluxma müşahidə edilir.
Azərbaycanda koronavirusa yoluxan 33 103 nəfərin 28 840-ı sağalıb, 476-sı ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir