“Məni parodiya etsin də, nə olsun”- Siyavuş Novruzovdan “Bu şəhərdə”yə cavab…

Xəbər verdiyimiz kimi “Bu şəhərdə” komandası bu dəfə millət vəkili Siyavuş Novruzovu parodiya edib.
Moderator.az-ın əməkdaşı məsələyə münasibət öyrənmək üçün Siyavuş Novruzovla əlaqə saxlayıb. S.Novruzov əməkdaşımızla söhbəti zamanı bu haqda danışmaq istəmədiyini bildirib:
““Bu şəhərdə” məni parodiya etsin də, nə olsun. Heç nəyə cavab vermək istəmirəm”-deyərək o, dəstəyi yerə qoyub. 
Xatırladaq ki, “Real Siyavuş Novruzov” adlı səhnəcikdə aktyor Coşqun Rəhimov Mirşahin Ağayevin, Rafael İsgəndərov isə Siyavuş Novruzovun obrazı canlandırılıb. Süjetdə S.Novruzovun akademik R.Mehdiyevin nəvəsinin toyunda iştirakıyla bağlı çıxışları tənqid edilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir