Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin” Uşaq Bağçası etiraz edir…

“Göyərçin Uşaq Bağçası” MMC “Azəriqaz” İstehsalat Birliyinə qarşı məhkəmə iddiası qaldırıb. 
Məlumata görə, Bakı Kommersiya Məhkəməsində baxılacaq məhkəmə işinə hakim Fərrux Qasımov sədrlik edəcək. “Göyərçin Uşaq Bağçası” MMC “Azəriqaz”ın yazdığı cəriməyə etiraz olaraq məhkəməyə üz tutub.  
Məlumat üçün bildirək ki, 20.09.2007-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 31 min 574 manat olan “Göyərçin Uşaq Bağçası”nın hüquqi ünvanı Yasamal rayonu, Mətbuat pr., ev 54 ünvanında yerləşir. Qanuni təmsilçisi isə Mərdanova Samirə Misir qızıdır.
Mərdanova Samirə Misir qızının sabiq Təhsil naziri Misir Mərdanovun qızı olduğu bildirilir.  Mərdanova Samirə Misir qızı eyni zamanda 05.09.2018-ci il tarixində dövlət qeydiyyatına alınan “Bakı Beynəlxalq Təhsil Kompleksi” MMC-nin də qanuni təmsilçisidir.
Onu da bildirək ki, bugünə (18.09.2020) olan məlumata görə “Göyərçin Uşaq Bağçası”nın dövlət büdcəsinə 4 min 416 manat 62 qəpik vergi borcu var. (yeniavaz.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir