Operativ Qərargah MƏLUMAT YAYDI: 9981 nəfər…

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 830 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9981, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4849 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 352 210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899 213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452 997 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir