Qazaxda maliyyə idarəsinin rəisi sahibkar çıxdı

Qazax Rayonu Üzrə Maliyyə İdarəsinin rəisi Elçin Rzayev sahibkardır. Halbu ki, qanunlarımızın aliliyi məmurun sahibkarlıqla məşğul olmasına icazə vermir. Elçin Rzayev isə guya həmin var-dövləti atasından qalmasını dilə gətirir. O da məlumdur ki, Elçin Rzayev Kənd Təsərrüfatı Nazirliyinin Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) müavin işləyərkən kənd təsərrüfatın inkişafına xeyirdən çox ziyan gətirmişdir. Texnilkardan birinci olaraq yalnız öz əkin sahələrinin becərilməsində istifadə etdi. Hazırda Elçin Rzayevin Qazaxın Qazaxbəyli kəndinə yaxın ərazidə ferması, hektarlarla əkin sahəsi, o cümlədən 3 hektar kartof sahəsi vardır. Görəsən vətəndaşlara xidmətdən çox öz əkin-biçininə daha çox vaxt ayıran maliyyə idarəsinin rəisi nə üçün dövlət qanunlarına əməl etmir? Alınan məlumata görə maliyyə idarəsinin rəisi həm də sahibkarlığı çərçivəsində var-dövlətini qorumaq üçün bu vəzifəsindən sui istifadə hallarına daha çox yol verir. Ona dövlət tərəfindən ayrılmış “NİVA” markalı maşın dövlətin işindən çox, Elçin Rzyevin təsərrüfat işlərinə yarayır. Bu işdə çoxlu yanacaq sərfi, sürücü əməyindən istifadə edilir. Elçin Rzayevin maliyyə pozğunluğu yaradan bəzi idarə və müəssislərlə əlbir işlədiyi də dilə gətirilir. Guya tenderdə qalib gəlmiş fiziki və hüquqi şəxslərlə öz marağında olanlarla işləməyi çoxdan adət edib. Lakin o, dövlət büdcəsindən ayrılan pulların hara xərclənməsini düşünmür. Necə deyərlər: “Ona çatan çatsın!” Elçin Rzayev vəzifəsində istifadə etməklə vergi orqanlarının gözündən də yayına bilir. Yaşadığı kənddə sahibi olduğu, mağazalardan, torpaq sahələrindən, fermadan əldə etdiyi gəlirdən nə qədər vergi ödənişinə diqqət edilsə, çox güman ki, tezliklə məsuliyyətə cəlb olunar. Elçin Rzayev var-dövlətə sahib olmasının səbəbini atasındaan qalan kimi qiymətləndirirsə, bəs onun mənbəyi haradan olub? Yəqin ki, araşdırma öz nəticəsini verəcəkdir.

Elnur Səmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir