Qeyri-qanuni tikintiklərlə bağlı Abşeron RİH-i tərəfindən dəfələrlə aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb

Bir sıra kütləvi informasiya vasitələrində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrində yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında qanunsuz tikinti işləri aparılması ilə əlaqədar informasiyalar yayılmışdır. Yayılmış informasiyalarla əlaqədar Abşeron rayon İcra Hakimiyyəti olaraq ictimaiyyətin nəzərinə çatdırırıq ki, qeyd olunan hallarla bağlı dəfələrlə özbaşına tikinti işləri aparan şəxslərə xəbərdarlıq edilmiş, aidiyyatı qurumlar qarşısında məsələ qaldırılmışdır. Belə ki, rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci maddəsinin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 16-cı fəslinin, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il, 695 nömrəli Fərmanının, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1, 4.2 və 4.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həmin özbaşına tikintilərin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı dövlət qurumları və hüquq mühafizə orqanları qarşısında məsələ qaldırmış, yazılı müraiətlər ünvanlamışdır.Əlavə olaraq bildiririk ki, sözügedən ərazilərdə aparılmış qanunsuz tikililərin qarşısının alınması və sökülməsi tələbi ilə məhkəmə orqanları qarşısında iddia tələblərinin qaldırılması qanunvericiliyə əsasən həmin tikililərin inşa olunduğu torpaq sahəsinin mülkiyyətçisi kimi “Azərenerji” ASC-nin aidiyyatı qurumlarının səlahiyyətindədir.Yuxarıda qeyd olunan müvafiq icra hakmiyyyəti və hüquq mühafizə orqanlarına Abşeron rayon İcra Hakimiyyəti tərəfindən edilmiş müraciətlər təmin olunacağı və səlahiyyətli qurum tərəfindən belə bir iddia tələbi qaldırılaraq məhkəmə tərəfindən təmin olunacağı təqdirdə rayon İcra Hakimiyyəti qanuna müvafiq qaydada köməklik göstərməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir