Rütbəli şəxs prospektdə qəza törədərək tıxaca səbəb oldu…-VİDEOFAKT

Bu gün günorta saatlarında Heydər Əliyev prospektində yolda hərəkət edən itin üzərinə sürən 90-LH-740 nömrəli maşının sürücüsünün insanlıqdan kənar rəftarının şahidi olmağım mənə çox pis təsir etdi. Axı, necə ola bilər, dilsiz-ağılsız canlını görüb də saxlamadı, sürdü üstünə, sürücü…

Özü də yaxından görələr onun rütbəli şəxs, mayor olduğunu deyincə, təəssüf hissim onqat artdı… Hadisəni törədib, laqeydcəsinə də çıxıb getdi…

Ona dəfələrlə “düş, heç olmasa yaraladığın, əzdiyin heyvanı yolun kənarına çəkək” çağırışlarına heç məhəl də qoymadı. Uzaqlaşıb, getdi…

Görəsən, vicdanının səsindən də uzaqlaşa bildimi?

Raziyə İmranqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir