Şəhid qəhrəman
Bayram Məhəmməd oğlu Məmmədov

Ceyranbatan qəsəbəsində müvəqqəti məskunlaşmış Minkənd kənd orta məktəbi şəhid Bayram Məhəmməd oğlu Məmmədovun adını daşıyır.
Hər il məktəbdə şəhidin anım günü və doğum günləri qeyd edilir. Bakının Səhidlər Xiyabanında uyuyan şəhid Bayram Məmmədovun məzarını ziyarət etdikdən sonra şəhidin qardaş və bacıları , yaxın qohumları, döyüş dostlari ilə birlikdə Minkənd kənd orta məktəbinə getdik.
Bu məktəb beş mərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərir.Kalidora daxil olan kimi igid qəhrəman Bayram Məmmədovun xatirəsinə həsr olunmuş guşə diqqətimizi cəlb etdi.
Məktəbin direktoru, təcrübəli pedaqoq vətənpərvər ziyalı İlqar Şahverdiyev bizi mehribanlıqla qarşıladı. İlqar müəllim bildirdi ki, hər dəfə şəhidimizin atası , el ağsaqqalı Məhəmməd Mursəloglu ilə gəlirdiniz. Bu gün Məhəmməd dayının da ruhu şaddır ki, Vətənimiz işğaldan azad olunub . Şəhidin qardaşı Namizəli Məmmədov məktəb direktoruna təşəkkür etdi və kövrək anlar yaşadıq. Sonra tədbir üçün ayrılmış bir sinif otağına keçdik.
Bu otaq da şəhidin adına uyğun bəzədilmişdi. Xatirələrdə yaşayan fotolar sanki dil açırdı.
Tədbiri məktəbin müəllimi Leyla Mehrəliyeva açdı və dövlət himnimiz səsləndirildi. Şəhid Bayram Məmmədovun və cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra söz məktəbin direktoruna verildi.
İlqar müəllim tədbir iştirakcılarini salamladı və dedi:
Əzizlərim! Bu gün məktəbimizin adını daşıyan Bayram Məmmədovun anım günüdür. Əslində isə şəhidlərin tək doğum günü olur. Şəhidlər ölmürlər. Onlar əbədi yaşayırlar.
Minkənd kənd orta məktəbi Bayram kimi bir oğul yetirib.
Həmişə Məhəmməd dayı ilə məktəbimizə gələn Rauf İlyasoğluna da təşəkkür edirəm Onun yazdığı Bayramsiz Laçın , Lazımsız Bayram ” kitabı şagirdlərimizin və müəllimlərimizin stolüstü kitabına çevrilib.
Bu kitabda Laçının qeyrətli oğulları, ziyalıları haqqında, eləcə də, tarixi abidələrimiz , qədim yurd yerlərimiz, tariximiz, abidələrimiz , Minkəndin ziyalıları haqqında ətraflı məlumat verilmişdir.
Rauf İlyasoğlu İlqar müəllim başda olmaqla pedaqoji kollektivə və Bayramın ailə üzvlərinə təşəkkürünü bildirdi .
Yenicə çapdan cixmiş
” Culfa şəhidləri” kitabını məktəbə hədiyyə etdi.
Şəhidin qardaşı Namizəli Məmmədov demişdir ; Əziz müəllimlər, şagirdlər!
Qardaşım Bayram vətənimizin azadlığı yolunda , ərazi bütövlüyümüzü qoruyarkən igidliklər göstərərək şəhid olub.
Bayram atama deyirdi: Ata! Məndən nigaran qalma. Əgər mən sağ qalsam sənin bir oğlun olacaq, Əgər şəhid olsam, sənin başın da uca olacaq və sənin nə qədər övladların olacaq.
Mən sizə, xalqıma şərəf gətirəcəyəm .
Həqiqətən də Bayram Məmmədov düşmənlərimizdən qisasınızı aldı və igidlik göstərərək necə insanları xilas etdi . Özü isə əbədiyyata qovuşdu. Namizəli Məmmədov onu da bildirdi ki, həmişə atamız Məhəmməd Mursəloglu tədbiri açardı Bu gün Məhəmməd Mursəloglunun da ruhu şaddır.
Şəhidin bacısı Ağca xanım məktəbin müəllim və şagird kollektivinə dərin təşəkkürünü bildirdi.
Bayram Məmmədovun bacısı oğlu, ikinci vətən müharibəsi qazisi Rəşad İmranov vətənpərvər ruhlu çıxış etdi.
Məktəbinn tarix müəllimi Nizami Verdiyev bildirdi ki, hər kəs şəhidlik zirvəsinə ucalan bilməz. Biz şəhidlərimizlə, qazilərımızə qürur duyuruq.
Məktəbin şagirdləri vətənpərvər mövzulu şeirlər söylədilər və Bayram Məhəmməd oğlu Məmmədovun şərəfli döyüş yolundan söhbət açdılar.
Məktəbin müəllimlərindən Nazlı Səlimova, Sənubər Novruzova, şagirdlərdən
Ziyalə Təhməzova , şəhid atası Məhəmməd Mursəloglunun nəvələri Ruqayya, Zəhra və Vüsalə bacıları və digər şagirdlər şeirlər söylədilər, kövrək duyğular yaşandı.
Sonra xatirə şəkli çəkildi .
Rauf İlyasoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.