SOCAR jurnalistlər üçün müsabiqə elan edir

X?b?rin ?ap versiyas?

SOCAR AQŞ 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə COVİD-19 pandemiyası ilə bağlı medianın ictimaiyyəti məlumatlandırma işinə dəstək olmaq məqsədilə jurnalistlər üçün müsabiqə elan edir.

SOCAR-dan verilən məlumata görə, “Milli mətbuat koronavirusa qarşı” adlı layihə SOCAR AQŞ kollektivinin şirkət daxilində yaratdığı “Koronavirusla mübarizə üçün ianə fondu”nun təşəbbüsü və maliyyəsi, “INPRESS PR Solution” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Jurnalistlər 1 iyun 2020 – 16 iyul 2020 tarixləri ərzində mediada yayımlanmış və ya yayımlanacaq koronovirusla bağlı maarifləndirmə mövzusunda materiallarını təqdim edərək müsabiqəyə qatıla bilər. Ənənəvi media və yeni media nümayəndələrinin iştirak edə biləcəyi müsabiqənin şərtləri aşağıdakı kimidir:

Materiallar 1) Pandemiya dövründə səhiyyə və sağlamlıq, 2) Pandemiya dövründə iqtisadiyyatın inkişafı, 3) Pandemiya dövründə təhsil, 4) Pandemiya dövründə xidmət göstərən peşə sahələri, 5) Pandemiya dövründə həyat tərzi, 6) Koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığın rolu və 7) Koronavirus barədə saxta məlumatların ifşası adlı kateqoriyalarının hər hansı birinə aid olmalıdır.

Materiallar mütləq ictimaiyyətin məlumatlandırmasına və maarifləndirməsinə xidmət etməlidir.

Materialda qeyd olunan məlumatların mənbələri göstərilməlidir. Əsassız, sübutu olmayan mülahizələrə söykənilməməlidir.

Multimedia (video, fotoslayder, infoqrafika, test (özünü yoxla) elementlərin istifadə olunduğu materiallara üstünlük veriləcək.

Materiallar internet resurslara yüklənərək e-mail vasitəsilə təqdim olunmalıdır. Çap mediası (qəzet və jurnallar) öz materialını malik olduğu internet resurslarında (sayt, Youtube kanalı, sosial media hesabları və s.) yerləşdirə bilər
Müsabiqəyə qatılmaq istəyən jurnalist materialın 1 iyun 2020 – 16 iyul 2020 tarixləri ərzində mediada yayımlandığını onu təqdim edərkən isbat etməlidir.

Bir jurnalist yalnız 1 material təqdim edə bilər.

Layihənin icra edilməsində “INPRESS PR Solution” şirkəti SOCAR AQŞ əməkdaşlarına dəstək göstərəcək.

Müsabiqənin müvafiq qaydalara uyğun şəffaf keçirilməsinə, seçim prosesinin təşkilinə, münsiflər heyətinin formalaşdırılmasına və qaliblərin seçilərək elan olunmasına birbaşa “INPRESS PR Soulutions” məsuliyyət daşıyır.

Karantin qaydalarına uyğun olaraq, materiallar onlayn formada qəbul olunacaq. Müsabiqədə iştirak etmək istəyən media mənsubları hazırlayacaqları materialların linklərini info@inpress.az email ünvanına başlıqda “Milli mətbuat koronavirusa qarşı” və elektron məktubda 7 kateqoriya adından uyğun olan birini qeyd edərək göndərməlidirlər. 16 iyul saat 23:59-dək təqdim olunan materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqları araşdırılıb təsdiq olunduqdan sonra 5 nəfərdən ibarət münsiflər heyətinə təqdim olunacaq. Obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək jüri üzvləri açıqlanmayacaq. Onlar özləri də digər münsif həmkarlarının kimliyi barədə xəbərsiz olacaq. Hər bir jüri üzvi materiallara fərdi qiymət verəcək və 5 jüri üzvinin qiymətlədirməsi toplanaraq ümumi nəticə çıxarılacaq.

Münsiflərin qiymətləndirməsi ilə ən çox bal toplayan 30 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi ərəfəsində “INPRESS PR Solution” şirkəti tərəfindən elan ediləcək. Materialı seçilən jurnalistlərin hər birinə SOCAR AQŞ-nin “Koronavirusla mübarizə üçün ianə fondu” tərəfindən dəyərli hədiyyələr bağışlanacaq.

Müsabiqə ilə bağlı suallar üçün “INPRESS PR Solutions” şirkəti ilə email (info@inpress.az) və telefon: (+994 50 310 42 40) vasitəsilə əlaqə saxlanıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir