“Yalan arayış cinayət məsuliyyətidir…” -XƏBƏRDARLIQ

“Əlbəttə, karantin qaydalarına riayət edəcək əsas adamlar elə həkimlərdir və gərək onlar da bunu nəzərə alsınlar”
Bunu açıqlamasında professor Adil Qeybulla həkimlər tərəfindən postları keçmək üçün vətəndaşlara verilən saxta arayışlar haqda danışarkən deyib. 
Professor bu cür halların yolverilməz olduğunu  bildirib:
“Təəssüflər olsun ki, bu cür arzuolunmaz hallar baş verir. Həkim arayışı sms-lə xəstəxanaya  gələn adama verilir ki, bu adam həqiqətən də xəstəxanada olub. İkinci variant isə sarğıya gələn xəstələrdir ki, onlara da postlardan keçmək üçün tibbi arayış verilir. Amma yalan arayış təbii ki, cinayət məsuliyyətidir. Əlbəttə, karantin qaydalarına riayət edəcək əsas adamlar elə həkimlərdir və gərək onlar da bunu nəzərə alsınlar. Arayış yalnız lazımı halda verilməlidir və kiməsə əsassız arayışların verilməsi karantin qaydalarının pozulması istiqamətində atılan addımdır. Bu mənada baş verənlərə heç cürə haqq qazandırıb, dəstək olmaq olmaz”.
Qeyd edək ki, Yevlax rayon mərkəzi xəstəxanasının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postları keçmələri üçün rayon sakinlərinə tibbi göndəriş vərəqələrinin verilməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir