Ermənistan ordusunun 3-cü korpusunun komandiri Qirqori Xaçaturov vəzifəsindən istefa verib.
Q.Xaçaturov özü istefa ərizəsini təqdim edib. Qeyd edək ki, Ermənistanın adı çəkilən korpusu Azərbaycan-Ermənistan sərhəddində Qazan rayonundan Daşkəsən rayonuna qədər olan istiqamətə nəzarət edir. Ermənistan ordusunun tərkibində sayca ən böyük hərbi birlik olan 3-cü korpusun qərargahı Vanadzor şəhərində yerləşir.
Xatırladaq ki, Q.Xaçaturov 2016-cı il iyulun 7-də eks-prezident Serj Sarkisyan tərəfindən korpus komandiri təyin edilmişdi.
