“AzəriMed” QSC “YAŞAT” Fonduna 100 min manat ianə etdi

Gündəm

Hər zaman xalqımızın xidmətində dayanan, ona dəstəyini əsirgəməyən, Azərbaycan üçün taleyüklü günlərdə daim dövlətin yanında olan “AzeriMed” QSC rəhbərliyi “YAŞAT” Fonduna 100 min manat məbləğində ianə etmişdir.

“AzəriMed” QSC rəhbərliyi ölkə Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna döyüşçülərin və onların ailə üzvlərinin maddi rifahının daha da yaxşılaşdırılması yolunda əlindən gələn köməyi göstərəcəkdir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir