İyunun 25-də Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunan onlayn tədbir keçiriləcək.
BDU-dan verilən məlumata görə, tədbir “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. Tədbirdə iştirak etmək istəyənlər iyunun 24-ü saat 17:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.
