AHİK İcraiyyə Komitəsinin qərarı ilə «YAŞAT» fonduna 300.000 manat vəsait köçürüldü

Gündəm

AHİK Pandemiya və Erməni silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində zərər görmüş, cəbhədə şəhid olan əsgər və zabitlərin ailələrinə, qazilərə müvafiq yardımlar göstərmişdir. Belə ki, AHİK-in üzv və tabeliyində olan təşkilatları pandemiya dövründə bu məqsədlər üçün 5.372.588 manat, Vətən müharibəsi dövründə Silahlı Qüvvələrin Yardım Fonduna və həlak olmuş əsgər və zabitlərin ailələrinə, qazilərə, zərər çəkmiş dinc sakinlərin sosial problemləri ilə bağlı 1.712.993 manat vəsait xərcləmişdir.

Bu gün ölkə ictimaiyyəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə ölkə prezidentinin sərəncamı ilə yaradılan fonda «YAŞAT» dəstək aksiyası həyata keçirir. Azərbaycan həmkarlar ittifaqları da bu dəstəyə qoşularaq AHİK-in İcraiyyə Komitəsinin 14 dekabr 2020-ci il tarixli iclasında «YAŞAT» fonduna 300.000 (üç yüz min) manat vəsait köçürülməsi barədə qərar qəbul olunmuş və vəsait Fondun hesabına köçürülmüşdür

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir