“YAŞAT” Fonduna rəhbər təyin edilib

Gündəm

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna” (“YAŞAT” Fondu) rəhbər təyin edilib.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Fondun rəhbəri vəzifəsinə Qarabağ qazisi Elvin Hüseynov təyin olunub.
Bundan başqa, Fondun müdir müavini vəzifəsi isə Rəbiyyə Cəfərovaya həvalə edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” fərman imzalayıb.

Elvin Hüseynov və Rəbiyyə Cəfərova
Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir