ADP xalqımızı Azərbaycan ordusu ilə bir yerdə torpaqlarımızı işğaldan azad etməyə çağırıb

Gündəm

ADP xalqımızı Azərbaycan ordusu ilə bir yerdə torpaqlarımızı işğaldan azad etməyə çağırıb və Azərbaycanın Türkiyə və Pakistanla birlikdə hərbi ittifaqın yaradılmasını zəruri hesab edib…Azərbaycan Demokrat Partiyası belə hesab edir ki, iyul ayının 12-dən başlayaraq Erməni hərbi birləşmələrinin Azərbaycanın Tovuz rayonuna hücum etməsinin arxasında son zamanlar Azərbaycanda Rusiyanın “5-ci kolon” üzvlərinə qarşı aparılan kampaniya, onların bir çoxlarının yüksək dövlət orqanlarından uzaqlaşdırılması, qardaş Türkiyə dövlətinin Yaxın Şərqdəki hadisələrdə uğurlu mövqelərə qalxması, Türkiyədə müqəddəs Ayasofiya məbədinin məscidə çevrilməsi, Türkiyənin Ukrayna ilə hərbi ittifaq yaratmaq niyyətləri kimi bir sıra mühüm hadisələr durur, eyni zamanda Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumu Ermənistanın təcavüzkar bir dövlət olaraq, Azərbaycandan torpaq qoparmaq iddiasında olduğunu, Rusiya-Ermənistan ittifaqının Azərbaycan torpaqları hesabına özləri üçün daha geniş bir plasdarm yaratmaq niyyətlərindən xəbər verir.ADP bildirir ki, Tovuz rayonuna ermənilərin hücumu Dağlıq Qarabağ hadisələrinin mahiyyətinə birmənalı aydınlıq gətirir və bir daha sübut olunur ki, ermənilər hansı adla özlərinin işğalçı hərəkətlərini pərdələsələr də, məqsəd Azərbaycan torpaqlarını işğal etmək, Azərbaycan xalqını qorxu və xofa salmaq, bu bölgədə Rusiyanın iştirakının və hərbi mövcudluğunun müddətini uzatmaq niyyəti güdür. ADP işğalçı erməni hərbi birləşmələrinə layiqli cavab verdiyinə görə ordumuza şükranlığını bildirir, Azərbaycan xalqını bu çətin günlərdə vahid bir yumruq kimi birləşməyə, milli həmrəylik nümayiş etdirməyə, müvəqqəti olaraq iqtidar-müxalifət münasibətlərindəki inciklikləri və fikir ayrılıqlarını bir kənara qoyub, ermənilərə qarşı vahid bir cəbhə yaratmağa, daxildə sabitliyin pozulmasını və siyasi şüarların irəli sürülməsini cəbhədəki vəziyyətə mənfi təsir edəcəyini nəzərə alıb, hamını bu mövqedən çəkinməyə, bütün xalqımızı Azərbaycan ordusu ilə bir yerdə torpaqlarımızı işğaldan azad etməyə çağırır. ADP qardaş Türkiyə və Pakistanın Azərbaycan xalqına verdiyi dəstəyi çox yüksək qiymətləndirir, təcili olaraq Azərbaycanın Türkiyə və Pakistanla birlikdə hərbi ittifaqın yaradılmasını zəruri hesab edir. ADP bütün dünya ictimaiyyətini rus-erməni hakimiyyətinin Azərbaycana qarşı işğalçılıq hərəkətlərinə beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli qiymət verməyə çağırır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir