İradə Gülməmmədova Heydər Əliyev küçəsində görülən işlərlə tanış oldu -FOTOLAR

Gündəm

Rayonun Ceyranbatan qəsəbəsinin Heydər Əliyev küçəsinə asfalt örtüyü çəkilir. Bununla əlaqədar olaraq Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qəsəbənin bir sıra ərazilərinə baş çəkib. İcra başçısı əvvəlcə Heydər Əliyev küçəsi boyunca görülən işlərlə maraqlanıb. Məlumat verilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ceyranbatan qəsəbəsində sakinlərin gediş-gəlişininin yaxşılaşdırılması məqsədilə uzunluğu 1.2 km, sahəsi 11 min kv.m olan Heydər Əliyev küçəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunur.İ.Gülməmmədova H.Əliyev küçəsində görülən işlərlə ətraflı tanış olduqdan sonra yolun təmirinin keyfiyyətli aparılmasına dair bir sıra tapşırıqlar verib.Daha sonra İ.Gülməmmədova Ceyranbatan və Saray qəsəbələrində sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə yerində tanış olub. Sakinləri dinləyən rayon rəhbəri mövcud problemləri araşdıraraq aradan qaldırlması üçün aidiyyatı qurumlara tapşırıqlar verib.Sakinlərlə görüşdə xanım başçı qeyd edib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir. Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kv.m-dir.Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir