Qusarda bir nəfər süni göldə batıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatlara görə, nazirliyin “112” qaynar telefon xəttinə Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
A.Cavadovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq, göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.