Şəhid Məmmədov Kamal Şamil oğlunun anım günüdür – FOTO

Gündəm

Məmmədov Kamal Şamil oğlu Balakən rayonunda ziyalı ailəsində anadan olub. 2004 cü ildə Balakən rayonu Qullar kəndi 1sayli tam orta məktəbin1-ci sinfinə gedib. 2011ci ildə Balakən rayonu Humanitar və Texniki təmayüllü liseyin 7-ci sinfinə qəbul edilib. 2014 cü ildə liseyi müvəffəqiyyətlə bitirərək Azərbaycan Texniki Universitetinin “Maşınqayırma və Robotexnika” fakültəsinin”Cihazqayırma mühəndisliyi”ixtisasına daxil olmuş və 2019-cu ildə universiteti bitirmişdir. Kamal kompüter və ingilis dilini təkmilləşdirmək məqsədilə Code Akademy kursunda təhsil almışdı.
Həm məktəb,həm də tələbəlik illərində Kamal özünü qabiliyyətli, yüksək intellektə malik bir gənc kimi göstərmişdi.
Kamal uşaqlıqdan bir vətənpərvər kimi böyümüşdür. Buna səbəb isə onun babalarının da Vətən uğrunda canlarından keçməsi haqqında valideynlər tərəfindən danışılan hekayələr idi. Necə deyərlər “Ot kökü üstə bitər”.
Hələ 8-ci sinifdə oxuyarkən Kamal hərbçi olmaq arzusunda olmuş və sənədlərini C.Naxcivanski adına Hərbi liseyə vermiş, lakin tibbi komissiyadan keçməmişdi.
Kamal həmişə doğma Balakənimizin tarixi ilə dərindən maraqlanirdi.
Məmmədov Kamal 16 iyul 2020-ci il tarixində Vətən qarşısında əsgər borcunu ödəmək üçün Balakən rayonu Hərbi Komissarlığından yola düşdü. Hərbi xidmətdə olduğu ilk gündən Kamal intizamı ilə fərqlənmiş və ona daha çətin tapşırıqlar verilmişdir.
16 oktyabr 2020-ci il səhər saatlarında düşmən ordusu xaincəsinə yenicə işğaldan azad olmuş Talış kəndinə hücum etmişdi. Həmin döyüşdə Kamal yoldaşlarını döyüş bölgəsindən çıxararkən ağır yaralanmis və xəstəxanaya gətirilərkən şəhadətə yüksəlmişdir.

Raziyə İmranqızı

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir