Astarada külli miqdarda narkotik vasitə aşkar edildi (FOTO)

Gündəm

Bakı. Trend:

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər
çərçivəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar
edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Trend
xəvbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsi məlumat yayıb.

Bildirilib ki, “Cənub-Astara” gömrük postunda Azərbaycan
Respublikasından tranzit keçməklə İran İslam Respublikasından
Rusiya Federasiyasına “kələm” yükü aparan nəqliyyat vasitəsinə
rentgen qurğusunda baxış keçirilib.




Daha sonra nəqliyyat vasitəsindəki yükə kinoloji xidmət iti
vasitəsilə gömrük yoxlaması tətbiq olunub.

Yoxlama zamanı yükün içərisindən falqaya bükülmüş şəkildə,
fiziki görünüşcə kələm formasına salınan və gömrük nəzarətindən
gizlədilən 139 ədəd bağlamadan qablaşdırma ilə birgə ümumi çəkisi
39 kq 895 qram narkotik vasitə – marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir